Əliyar Əliyev 212, Bakı, Azərbaycan
Təqdim etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlərlə müştərilərinin rəğbətini və etimadını qazanmış "PROQRES" xüsusi firması 1996-cı ildən etibarən fəaliyyət göstərməkdədir.Almaniyanın bağçılıq, meşəçilik və kənd təsərrüfatı texnikaları və alətləri üzrə ən məşhur firmaları olan Stihl, Viking, Gardena, Al-Ko, İsveçrənin Felco və Amerikanın Briggs&Stratton və Oregon firmalarının Azərbaycanda rəsmi idxalçısı və distribüteri olaraq orijinal keyfiyyətə malik məhsulları məhz sizlər üçün ölkəmizə gətiririk.Məqsədimiz müştərilərimizə keyfiyyətli bağ, meşə və kənd təsərrüfatı texnikaları, həmçinin suvarma sistemlərinin satışı və quraşdırılmasını əlçatan qiymətə və keyfiyyətli şəkildə həyata keçirməkdir. Şirkətimizdə fəaliyyət göstərən təcrübəli satıcı-konsultantlar və Almaniyada mütəmadi təcrübə keçən servis mütəxəssisləri tərəfindən bağınıza və aparatlarınıza uyğun məsləhətlər ala və satış sonrası dəstəyimizdən yararlana bilərsiniz.