Nərimanov ray. Ziya Bünyadov 69B
“MGM-21 GROUP” MMC 2017-ci ildə təsis edilmişdir .Hazırda şirkətimiz Azərbaycanın inşaat bazarında sürətlə inkişaf edən və öz töhfələrini verən şirkətlərdən biridir. Şirkətimizin idxal etdiyi məhsullar əsasən boya, xırdvat, santexnika və elektrik məhsulları sektorunu əhatə edir.“MGM-21 GROUP” MMC rəsmi nümayəndəlik təcrübəsini illərdir davam etdirir. Şirkət Türkiyə, Rusiyanın qabaqcıl fabrikləri ( Aypol Solvent və Kimya Sənayi (Polchem), Tezkim Kimya Sənaye (Eskim), Polisan Boya Sənaye (Polisan) ,Ayvaz, Ragneda, Rusta, Aricon, Elcon və s.) və dünyanın inkişaf etmiş ölkələrinin inşaat mallarının və aksesuarlarının satışını həyata keçirir.“MGM-21 GROUP” MMC Azərbaycanda olan qabaqcıl şirkətlər, fabriklər, otellər şəbəkəsi, inşaat üzrə satış mərkəzləri, mebel sənaye fabrikləri və bir çox dövlət və özəl müəssisələrə xidmət göstərir.