“World Business Center” iş mərkəzi, Səməd Vurğun küç. 43, AZ 1014, Bakı, Azərbaycan
Maliyyə infrastrukturunun mühüm elementlərindən biri olan AKB, 5 avqust 2022-ci il tarixinə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, 25 bank, 22 ləğv prosesində olan bank, 56 bank olmayan kredit təşkilatı, 5 ləğv prosesində olan bank olmayan kredit təşkilatı, 38 kredit ittifaqı, 7 lizinq şirkəti, 20 sığorta şirkəti, 2 ləğv prosesində olan sığorta şirkəti, 3 mobil operator, 3 kommunal xidmət operatoru, 21 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs, 1 faktorinq və 1 kollektor şirkəti olmaqla 207 təşkilatla məlumat mübadiləsinin həyata keçirilməsi üzrə müqavilə imzalamışdır.AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə assimetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
Razılaşma yolu ilə