İnşaatçilar prospekti 98
Bizim əsas missiyamız xoşbəxt şəxsiyyətlər yetişdirməkdir.Biz insan xoşbəxtliyinin ən ali məqsəd olduğunu qəbul edir və həyatın hər bir mərhələsində bunu əldə etmiş fərdlərin daha uğurlu, daha yaradıcı, daha təşəbbüskar olacağına və ümumilikdə, insanlığa daha faydalı töhfələr verəcəyinə inanırıq.Biz uşaqların öyrəndiklərindən zövq almalarını, potensiallarından tam və səmərəli istifadə etmələrini, ömür boyu öyrənən liderlər kimi formalaşmalarını qarşımıza məqsəd qoymuşuq.Buna görə də uşaqların səmərəli öyrənməsi üçün onların hər birinin fərdi xüsusiyyətlərini nəzərə alan, onlara dəyər verən, müsbət, təhlükəsiz, iştirakçı, interaktiv, təşviq edici və eyni zamanda olduqca tələbkar mühit yaradırıq.