Bakı ş., Nərimanov r-nu, Ə.Rəcəbli 62A.
İlk biznes fəaliyyətimizi öz mühəndis potensialımız hesabına kiçik su elektrik stansiyaların, külək generatorların, günəş kollektorları və batareyaların quraşdırılması xidmətləri ilə, 2005-ci ildə qeydiyyatdan keçmiş AZELM və Caspian Energy Construction şirkətləri çərçivəsində başlamışıq.Bu işləri həyata keçirərkən energetik avadanlıqları və inşaat materiallarına olan ehtiyaclarımızı ilk müddətdə daxili bazardan təmin etmişik və sonradan tikinti həcmləri artdıqca onları respublikaya özümüz idxal etməyə başlamışıq.Tədricən müəssisəmiz enerji layihələrini həyata keçirməklə yanaşı daxili bazara inşaat materiallarını idxal edən iri şirkətə çevrilmişdir. İnşaat materiallarının iri idxalçısı olaraq izolyasiya məhsullarını əsas istiqamət olaraq seçdik.