Bakı şəhəri, Ziya Bünyadov prospekti, 2061-ci məhəllə
İlk illərdə qeyri-qida məhsullarının ticarəti ilə fəaliyyət göstərsə də, zaman keçdikcə fəaliyyətini brendləşməni təmin etdiyi qida sektoruna dəyişmişdir.Türkiyəyə idxal çayı gətirən ilk firma olan “Beta Gıda” türk istehlakçısına fərqli ləzzət təqdim etmişdir. 1994-cü ildə baş verən iqtisadi böhran bütün ölkədə olduğu kimi Beta şirkətinə də təsir göstərmiş və onu fərqli bazarlara girmək məcburiyyətində qoymuşdur. Beta 1990-cı illərin əvvəllərində keçmiş SSRİ-də baş verən parçalanma prosesinin nəticəsində yeni yaranmış dövlətlərdə gözəl fürsətlər əldə etmiş və bu bazarlara daxil olmuşdur. MDB ölkələrinə çay idxal edən ilk özəl müəssisə məhz Beta olmuşdur.