Şirkət ərzaq məhsullarının topdan satışı sahəsində fəaliyyət göstərən yeni yaradılmış bir müəssisədir. Fəaliyyətinin əsas istiqaməti ölkə daxilində məhsulların birbaşa təchizatçı və istehsalçılardan, eləcə də əməkdaşlıq edilən digər şirkətlər vasitəsilə tədarük edilməsindən ibarətdir.
Şirkət əsasən restoran, hotel və müxtəlif müəssisələrin ərzaq təchizatı ehtiyaclarının qarşılanması istiqamətində fəaliyyət göstərir və müştərilərinə etibarlı, operativ xidmət təqdim etməyi hədəfləyir. Rəsmi fəaliyyətə başlamasından 1 ilə yaxın müddət keçməsinə baxmayaraq, şirkət artıq inkişaf tendensiyası nümayiş etdirir, bazarda mövqeyini gücləndirmək və fəaliyyət həcmini genişləndirmək istiqamətində əsaslı hədəflər müəyyən etmişdir.