Xəbərlər

Saxta iş elanları ilə dələduzluq edən şəxs saxlanıldı – 100 mindən çox ziyan vurub

Saxta iş elanları ilə dələduzluq edən şəxs saxlanıldı – 100 mindən çox ziyan vurub

Daxili İşlər Nazirliyinə (DİN) elan saytlarında ictimaiyyət arasında nüfuzu olan şirkətlərdə vakansiyaların olduğu barədə saxta iş elanlarının verildiyi və müraciət edən şəxslərin pullarının xüsusi kart əməliyyatları vasitəsi ilə ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub. Bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarət götürülərək araşdırılıb. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki və əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların kart məlumatlarını və kartlardakı pulları ələ keçirən əvvəllər məhkum olunmuş Cəmil Bəbirov saxlanılıb.

DİREKTOR VƏ DİREKTOR MÜAVİNLƏRİNİN İŞƏ QƏBUL MÜSABİQƏSİ

DİREKTOR VƏ DİREKTOR MÜAVİNLƏRİNİN İŞƏ QƏBUL MÜSABİQƏSİ

2022/2023-cü il tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin mərkəzləşmiş imtahanla işə qəbulu aparılacaq. Peşə təhsili müəssisələrində direktor və ya direktor müavini kimi işləmək istəyən şəxslər 28 İyun – 13 İyul tarixləri arasında https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə  qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub.

MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU MÜSABİQƏSİ

MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU MÜSABİQƏSİ

2021/2022-ci il tədris ili üçün ilk dəfə olaraq Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının mərkəzləşmiş imtahanla işə qəbulu aparılacaq. Peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 13 - 17 sentyabr tarixləri arasında https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub.

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN