Maaşların verilmə müddəti dəyişdirildi
Əməkhaqqının verilməsi müddətləri qaydalarında dəyişiklik edilib.
Əməkhaqqının verilməsi müddətləri qaydalarında dəyişiklik edilib.
Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı 50 nəfərdən çox olan iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis ediləcək.
Qanunvericilikdəki minimum əməkhaqqı anlayışı təkmilləşdirilib.
İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin siyahısında dəyişiklik edilib.
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətlİ işçilərin siyahısında dəyişiklik edilib.
20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub.
Əmək müqaviləsi üzrə işləyən işçilərin hüquqları artırılıb.
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
Qurban və Ramazan bayramları başqa bayramlarla üst-üstə düşəcəyi halda əmək məzuniyyətinin necə tənzimlənəcəyi məlum olub.Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Əmək müqaviləsində nəzərdə tutulan güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əlavə işi yerinə yetirməyə məcbur etmək qadağan edilib.