Xəbərlər

Peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin imtahanla işə qəbuluna başlanılır

Peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin imtahanla işə qəbuluna başlanılır

2022/2023-cü il tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin mərkəzləşmiş imtahanla işə qəbulu aparılacaq. Peşə təhsili müəssisələrində direktor və ya direktor müavini kimi işləmək istəyən şəxslər 28 İyun – 13 İyul tarixləri arasında https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə  qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub.

Telegram kanalımız