
Zaur Fəti-zadə Maliyyə Monitorinqi Xidmətinin sədri təyin edildi
Zaur Fəti-zadənin Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 22 dekabr 2022-ci il tarixində sərəncam imzalayıb.