
Hal-Hazırda Unec Zaqatala filialında Qiyabi təhsil alıram. 2026-ci il təhsilimi bitirəcəm.
1 il müddətli müqavilə ilə müəllim işləmişəm.
4 il müddətsiz müqavilə ilə işləmişəm. Təhsilimlə əlaqədar işdən çıxmışam. 2021-ci ildə 5-ci siniflər arasında keçirilən “Lütfizadə adına məntiq olimpiadasında” məntiq üzrə hazırlaşdırdığım şagirdim finala vəsiqə qazanmışdır.
1 il əlavə iş yeri olaraq müddətli müqavilə ilə işləmişəm. Respublika üzrə 2019-ci ildə keçirilən “ALP LOGO” yarışında hazırlaşdırdığım şagirdim 2-ci yerə çıxaraq gümüş medal qazanıb.
Müddətli müqavilə ilə işləmişəm. Təhsilimlə əlaqədar müqaviləmi sonlandırmışam. Respublika üzrə 2021-ci ildə keçirilən “Məktəblilərarası Fənn Müsabiqəsində” informatika fənni üzrə hazırlaşdırdığım 9 şagirdimin 6-sı finala vəsiqə qazanmışdır. Final nəticələrinə görə isə 6 şagirdimdən biri Quba birincisi olmuşdur. 2021-ci ildə keçirilən “Respublika Fənn Olimpiadasında” 2 şagirdim bürünc medal qazanmışdır.
İşlədiyim müddətdə SAF yarışına komandalar hazırlaşdırmışam. Yarışda medal və mükafat qazanan şagirdlərim vardır.
2022-ci ildə ilk dəfə ölkəmizdə keçirilən "TEKNOFEST AZƏRBAYCAN" festivalında universitet tələbəsi kimi, “PHİLADELPHİA” komandası adı ilə kapitan olaraq iştirak etmişəm. Yarışa qoşulan 200-ə yaxın universitet arasında bir neçə turu keçərək finala vəsiqə qazanan 10 universitet tələbələri siyahında yer almışıq."TEKNOFEST AZƏRBAYCAN" festivalında Phialadelphia komandası olaraq finalda iştirakına görə sertfikatla təmin olunmuşam
2022-ci il dekabr ayında Startup layihəmiz 3000 manat investisiya qazanmışdır. Hal-hazırda layihəmiz MVP mərhələsinədir. Mən bu layihədə developer kimi fəaliyyət göstərirəm.
2022-ci ildə “İntelektual Kulaubların Gənclər Liqası” yarışında “PHİLADELPHİA” komandası adı ilə Zaqatala rayonu üzrə 1-ci yerə çıxmışıq.
2021- ci ildə Precisionagriculture (Dəqiq Aqronomluq. Kənd təsərrüfatı dronları) təliminin onlayn hissəsində iştirak etmişəm.
2020-ci ildə “STEAM Azerbaijan” layihəsi çərçivəsində 10 gün onlayn keçirilən təlimdə iştirak etmişəm. “STEAM Azerbaijan” ləyihəsi çərçivəsində olan təlimdə uğurla iştirakına görə sertfikatla təmin olunmuşam.
2020-ci ildə onlayn keçirilən “Veb.2 alətlərinin təhsildə tətbiqi” təlimində iştirak etmişəm. “Veb.2 alətlərinin təhsildə tətbiqi” təlimində uğurla iştirakına görə sertfikatla təmin olunmuşam.