
Gəncə
HelpDesk mütəxəssisi, təşkilatçılıq, koordinasiya, çap və reklam materiallarının dizaynıBoş vaxtlarımda intellektual oyunlar oynayıram, qısa sənədli filmlərə baxıram. Gəzməyi və alış-veriş etməyi çox sevirəm.
Yenilikçi, tez ünsiyyət quran, zarafatcıl, səmimi biriyəm. Komanda ilə işləmə bacarığım mükəmməldir. Əla motivatoram. Mühitə tez uyğunlaşıram. Bilmədiyim şeylərii öyrənməyə çalışıram, qavrama qabiliyyətim əladır. Azərbaycan dilində əla danışa və yaza bilirəm. Kifayət qədər türk serialı izləsəm və türk dilini elmi və bədii ədəbiyyat tərcümə edəcək qədər əla bilsəm də gündəlik danışıqda "abi", "zaten", "kapasite", "uğraşmak" və s. kimi sözlərdən istifadə etməyən həmçinin, applikasiya (tətbiq), instinkt (xislət), takılmak (irişmək), yargı (mühakimə), içermek (ehtiva etmək), kontent (məzmun) sözlərinin dilimizdəki qarşılığını bilən tək-tük gənclərdənəm. Ki, bütün bunların da danışığıma xüsusi füsunkarlıq qatdığını düşünürəm. Sürətli düşünə və qərar qəbul edə bilirəm. Əsəb verəcək qədər səbirliyəm.
Fikrimcə ən mənfi cəhətim həddən artıq ciddiyyətlə yanaşılan və "bircə səhv etmə" deyilən mövzularda edilən səhvləri də normal və heç nə olmamış kimi qəbul edib düzəltməyimdir. Bu həm də ən müsbət cəhətlərimdən biridir.
Bakalavriat təsilimdə (Gəncə Dövlət Universiteti/Kopüter elmləri) diplom işimi, magistraturada da (Azərbaycan Dövlət Aqrar Universiteti/İdartəetmədə İnformasiya Sisteləri) dissertasiya işimi özüm hazırlamışam və uğurla müdafiə etmişəm. Belə tələbələr demək olar ki, qalmayıb.
Kompüterlərin sazlığına nəzarət, yaranan texniki problemlərin aradan qaldırılması, proqram təminatının müəssisədəki kompüterlərə yüklənməsi, internet trafikinə nəzarət, ofis avadanlıqlarının işləməsinə nəzarət; - Konfrans, seminar, təlim və digər elmi-praktiki tədbirlərin təşkili zamanı çap materiallarının, təqdimatların hazırlanması, texniki qurğulara (proyektor, səs sistemləri) nəzarət, onlayn qoşulmaların təmin edilməsi və onlara nəzarət (Zoom, TeamLink, Google Meet), sözügedən tədbirlər zam
İnformatika fənnindən magistraturaya hazırlıq. Tələbələrimin hamısı imtahanda informatika fənnində 15-dən yuxarı düzgün cavab veriblər.