Muxtar Osmanov

Göyçay filialı üzrə Mikrokreditlər bölməsinin kiçik mütəxəssisi

Mənim haqqımda

Mən Osmanov Muxtar Vahid oğlu 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Univerisitetini Ümumi İqtisadiyyat ixtisasını qiyabi təhsil üzrə uğurla bitirmişəm. Mən bir çox özəl və dövlət qurumlarında çalışmışam. İlk əmək fəaliyyətimə 2010-cu ildə “ASPİ GLASS” MMC-də xammal tədarükü üzrə mütəxəssis olaraq çalışmışam. İşlədiyim 5 il ərzində kollektivdə öz məsuliyyətim və dürüstlük keyfiyyətlərim ilə əlaqədar, müəssisə rəhbəri tərəfindən qiymətləndirilmişəm. 2015-ci ildə işlədiyim müəssisədən səhhətimdə yaranmış problem ilə əlaqədar ayrılmış, yaşadığım Göyçay rayonuna qayıtmışam və “İstanbul” marketdə administrator vəzifəsində çalışmışam. “İstanbul” marketdə kassaya, anbara, işçilərin işinə nəzarət etmişəm. 2019-cu ildə “İstanbul” marketdən ayrılmış “Gənclərin İnkişaf və Karyera Mərkəzində” layihələr və tədbirlər üzrə mütəxəssis vəzifəsində çalışmışam. Bu illər ərzində 600-dən çox layihə və tədbirin təşkilində birbaşa iştirak etmişəm, həmçinin “Əsas Həyat Bacarıqları” üzrə təlimçi olmuşam. Vəzifə öhdəliklərimi məsuliyyətlə və əmək qanunvericiliyinin tələbləri çərçivəsində yerinə yetirmişəm.Kapital Bankda çalışmaqda məqsədim ölkənin ən böyük bank qurumunda peşəkar mütəxəssis və rəhbətlərindən ixtisasım üzrə təcrübə və biliklər əldə etməkdir. Asudə vaxtlarımı yalnız şəxsi bacarıqlarımın inkişaf etdirilməsinə, sahəm üzrə təlim və seminarlara sərf edəcək bankda peşəkar mütəxssis kimi yetişmək üçün əlimdən gələni edəcəm. Bankın dəyərlərinə, müştəri məmnunluğuna, korporativ standartların gözlənilməsinə bütün məsuliyyət hissimlə əməl edəcəm.

Dil bilikləriniz

Azərbaycan — C2 — Səlis
İngilis — B1 — Orta
Rus — B1 — Orta

Təhsil

  • Ali təhsil

    Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC , ADİU) 2015

    Ümumi İqtisadiyyat / Ümumi İqtisadiyyat

    Layihələrin yazılması və idarə olunması; Tədbir və layihələrin icrasına nəzarət; Sorğu araşdırmalarının aparılması və nəticələrin təhili; Layihələrin planaşdırılması üzrə mürakirələrin təşkili; Büdcə planlarının hazırlanması və təqdim edilməsi; Layihə və təlimlər üçün əməkdaşlıqların qurulması; Laihələrin keçirilmsi üçün resursların təmin edilməsi.

İş təcrübəsi

Nailiyyətiniz və mükafatlarınız

  • Əsas Həyat Bacarıqları üzrə təlimçi 2022

    "Əsas Həyat Bacarıqları" üzrə təlimçilər üçün təlim

  • "Gələcək" İntellektual İnkişafa Yardım" İB 2022

    "İnnovativ təlim metodları" mövzusunda təlimçilər üçün təlim

Biliklərim

Effektiv ünsiyyət, problem həlletmə, stress altında işləmək bacarığı, qərar qəbuletmə, ingilis, rus dili

80%
Telegram kanalımız