Muxtar Osmanov

İnzibatçılıq üzrə aparıcı mütəxəssis - Göyçay

Mənim haqqımda

Mən Osmanov Muxtar Vahid oğlu 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Univerisitetini Ümumi İqtisadiyyat ixtisasını qiyabi təhsil üzrə uğurla bitirmişəm. Mən bir çox özəl və dövlət qurumlarında çalışmışam. İlk əmək fəaliyyətimə 2010-cu ildə “ASPİ GLASS” MMC-də xammal tədarükü üzrə mütəxəssis olaraq çalışmışam. İşlədiyi m 5 il ərzində kollektivdə öz məsuliyyətim və dürüstlük keyfiyyətlərim ilə əlaqədar, müəssisə rəhbəri tərəfindən daim təriflər eşitmişəm. 2015-ci ildə işlədiyim müəssisədən səhhətimdə yaranmış problem ilə əlaqədar ayrılmış, yaşadığım Göyçay rayonuna qayıtmışam və “İstanbul” marketdə administrator vəzifəsində çalışmışam. “İstanbul” marketdə kassaya, anbara, işçilərin işinə nəzarət etmişəm. 2019-cu ildə “İstanbul” marketdən ayrılmış “Gənclərin İnkişaf və Karyera Mərkəzində” layihələr və tədbirlər üzrə mütəxəssis vəzifəsində çalışmışam. Bu illər ərzində 600-dən çox layihə və tədbirin təşkilində birbaşa iştirak etmişəm, həmçinin “Əsas Həyat Bacarıqları” üzrə təlimçi olmuşam. Vəzifə öhdəliklərimi məsuliyyətlə və əmək qanunvericiliyinin tələbləri çərçivəsində yerinə yetirmişəm. Azərbaycan Beynəlxalq Bankında çalışmaqda məqsədim ölkənin ən böyük bank qurumunda peşəkar mütəxəssis və rəhbətlərindən ixtisasım üzrə təcrübə və biliklər əldə etməkdir. Asudə vaxtlarımı yalnız şəxsi bacarıqlarımın inkişaf etdirilməsinə, sahəm üzrə təlim və seminarlara sərf edəcək bankda peeşəkar mütəxssis kimi yetişmək üçün əlimdən gələni edəcəm. Bankın dəyərlərinə, müştəri məmnunluğuna, korporativ standartların gözlənilməsinə bütün məsuliyyət hissimlə əməl edəcəm.

Dil bilikləriniz

İngilis — B2 — Orta inkişaf etmiş
Azərbaycan — C2 — Səlis
Rus — B1 — Orta

Təhsil

İş təcrübəsi

Nailiyyətiniz və mükafatlarınız

  • Əsas Həyat Bacarıqları üzrə təlimçi 2022

    "Soft Skills" təlimlər silsiləsi gənclərin şəxsi inkişafının təmin edilməsi, onlarda sosial səriştələrin formalaşdırılması, şəxsi və karyera həyatı ilə bağlı strateji hədəflərin qoyulması məqsədilə həyata keçiriləcək fəaliyyətlər təşkil ediləcək. Fəaliyyətlər vaxtın səmərəli idarə olunması və asudə vaxtın düzgün seçilməsi, düşünmə bacarıqları, şəxslərarası ünsiyyət, hədəflərin müəyyənləşdirilməsi özünü qiymətləndirmə, özünə hörmət və s. mövzuları əhatə edəcək. 16 mövzudan ibarət təlim proqramı 2 ay davam edəcək. Təlimçi BLS TOT sertifikatlı GİKM əməkdaşlarıdır.

Telegram kanalımız