
Mənim adım Aytacdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin məzunuyam. 2 illik müəllimlik təcrübəm var.
• Uşaqlarla həssas ünsiyyətqurma
• Kreativ düşüncə və dəqiqlik
• Professional iş mədəniyyəti
• Məsuliyyət və cavabdehlik
• Sosial mediada kontent yaratmaq
Və s. bacarıqlara sahibəm.
Daim öz üzərimdə çalışır, həm özümün, həm də şagirdlərimin inkişafı üçün səy göstərirəm. Bir çox pedaqoji-psixoloji təlimlərdə iştirak etmişəm. İşimdə məsuliyyətə və dəqiqliyə önəm verirəm. Uşaqlarla asanlıqla bağ qura bilirəm. Onlara olan sevgim, öyrətməyə və öyrənməyə olan marağım bu peşəni seçməkdə böyük rol oynayıb. Dərsi əyləncəli və kreativ metodlarla qurmağı çox sevirəm.
İnstagram hesabımdan şagirdlər üçün faydalı postlar paylaşıram. (@ibt tehsil)