Turan Aydinli

Maliyyə və mühasibatlıq

Mənim haqqımda

   Məsuliyyətli, analitik düşüncəyə malik və detala diqqət edən biriyəm. Planlaşdırma və maliyyə analizinə marağım var, bu sahədə biliklərimi davamlı inkişaf etdirirəm. Excel və analitik düşünmə bacarıqlarım vasitəsilə rəqəmlərlə işləməyi, məlumatlardan nəticə çıxarmağı sevirəm. Komandada işləməyi və öyrənməyi prioritet hesab edirəm.



Dil bilikləriniz

İngilis — B2 — Orta inkişaf etmiş
Rus — B2 — Orta inkişaf etmiş
Türk — C1 — Yaxşı

Təhsil

İş təcrübəsi

  • Seçim edin 10.2017 - 01.2021

    Planlama üzrə mütəxəssis

    Planlama şöbəsində işlədiyim dövrdə şirkətin aylıq və illik büdcə planlarını hazırlayır, faktiki nəticələrlə müqayisə edirdim. Müxtəlif şöbələrdən gələn məlumatları toplayıb analiz edir, xərclərin optimallaşdırılması üçün təkliflər hazırlayırdım. Excel vasitəsilə gəlir-xərc modelləri qurur, rəhbərliyə təqdimatlar hazırlayırdım.

  • VMF COMPANY 11.2022 - 11.2024

    Marketinq

    VMF Company-də işlədiyim müddətdə İsveçrə saat brendlərinin marketinq fəaliyyətlərini planlaşdırır və icrasına nəzarət edirdim. Reklam və satış kampaniyalarının büdcəsini hazırlayır, tərəfdaşlarla koordinasiyanı təmin edirdim. Sosial media və vizual kontentlərin yaradılmasında iştirak etmiş, həmçinin bazar analizi və müştəri davranışlarının öyrənilməsi üzrə hesabatlar tərtib etmişəm. Məqsədim brendin tanınırlığını və satış effektivliyini artırmaq olub.

  • trenders 11.2024 - 09.2025

    Marketinq

    Trenders reklam agentliyində çalışdığım müddətdə rəqəmsal marketinq layihələrinin planlaşdırılması və icrasında iştirak etmişəm. Müştərilər üçün kontent strategiyaları hazırlamış, sosial media və reklam kampaniyalarının effektivliyini analiz etmişəm. Brendlərin vizual və kommunikasiya istiqamətində yaradıcı həllər təklif etmiş, komanda ilə birlikdə layihələrin vaxtında və keyfiyyətli icrasını təmin etmişəm.

Nailiyyətiniz və mükafatlarınız

  • F3 2015

    Maliyyə mühasibatlığı sertifikatı

  • Marketing Manager sertifikati 2017

    Niderland Marketing Institute-nun və İsveçrə Marketinq Konfederasiyasının marketinq üzrə diplomu ilə təltif edilmişəm.

Biliklərim

Power BI

70%
Telegram kanalımız