
Bakı
IT securitySalam mən Rasim. ADNSU-da kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıram. Öz sahəmdə informasiya texnologiyaları və informasiya təhlükəsizliyi ilə yaxından məşğulam. Codecademy və ITbrains sertifikatlarım, həmçinin Cisco Networking Academy sertifikatım var. Şəbəkə zəifliklərinin müəyyən edilməsi və azaldılması, sistem xətalarının aradan qaldırılması və şəbəkə cihazlarının konfiqurasiyası üzrə bacarıqlıyam. Bundan əlavə, mən veb saytın müdafiəsi və təhlükəsizlik məsələlərinin həlli ilə işləyirəm. Bundan əlavə, mən öz kibertəhlükəsizlik alətlərimi inkişaf etdirməyə imkan verən dörd proqramlaşdırma dilini bilirəm. Hal-hazırda iki yerdə frilanser işləyirəm: Pashbank Network-də şəbəkə administratoru və ali təhsil aldığım ADNSU-da İT layihələri departamentində Baş Şəbəkə Meneceri kimi. Mən bu dördüncü Hackathon-da iştirak etdiyim üçün həyəcanlıyam və bir daha qalib olacağıma ümid edirəm