Satınalma və təchizat sahəsində təcrübəyə malik mütəxəssis. Pərakəndə
ticarət, logistika, bank və marketplace sektorlarında satınalma proseslərinin
təşkili, təchizatçıların seçilməsi və müqavilə danışıqlarının aparılması üzrə
praktiki təcrübə. Şirkətin ehtiyaclarına uyğun məhsul və xidmətlərin vaxtında
təmin olunması, yeni təchizatçıların cəlb edilməsi və uzunmüddətli əməkdaşlıq
əlaqələrinin qurulması sahəsində bacarıqlara malikdir.
Marketplace platforması üçün məhsullar üzrə təchizatçıların axtarışı və seçilməsi prosesində iştirak. Yeni təchizatçıların cəlb olunması və təqdim olunan məhsul təkliflərinin təhlili. Logistika və əməliyyat komandaları ilə birlikdə təchizat prosesinin koordinasiyası. Təchizatçılarla qiymət və əməkdaşlıq şərtləri üzrə danışıqların aparılması
Pərakəndə mağazalar üçün elektrik avadanlıqları və infrastruktur layihələri üzrə satınalma proseslərinin təşkili. Generatorlar, transformatorlar və işıqlandırma sistemləri üzrə təchizatçıların seçilməsi və müqavilə danışıqlarının aparılması. Layihələrin vaxtında həyata keçirilməsi üçün mühəndis və digər daxili komandalarla koordinasiya. Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi və uzunmüddətli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi.
Şirkətin fəaliyyətini təmin etmək üçün məhsul və xidmətlərin satınalma proseslərinin idarə olunması. Yeni təchizatçıların müəyyən edilməsi və təchizatçı bazasının genişləndirilməsi. Təchizatçılarla müqavilə şərtləri və qiymətlər üzrə danışıqlar. Satınalma sənədlərinin və ödəniş proseslərinin izlənilməsi
Bank filialları və baş ofis arasında əməliyyat koordinasiyasının təmin olunması. Xidmət proseslərinin optimallaşdırılması və daxili kommunikasiya proseslərinin təkmilləşdirilməsi. Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Biznes kreditləri üzrə korporativ müştərilər ilə iş. Müştərilərin maliyyə vəziyyətinin təhlili və kredit risklərinin qiymətləndirilməsi Kredit müraciətlərinin hazırlanması və müştəri hesablarının açılması prosesində iştirak