
Gündəlik olaraq qaçış, üzmək və ağırlıq qaldırmaqla məşğul olmağı sevirəm. Disiplinli, məsuliyyətli, yüksək danışıq qabiliyyəti olan və işimdə çox diqqətcil birisiyəm. Kollektivlə birlikdə kifayət qədər yaxşı işləyə bilirəm. Hərbi xidmətimi Naxçıvan MR-də başa vurmuşam. İdmanla bağım çox sıxdır. Cüdo ilə qeyri peşəkar 6, peşəkar 2 il məşğul olmuşam və hal hazırda da şəxsi marağım üçün məşğul oluram. Ağırlıq qaldırma ilə qeyri peşəkar 3 ildi məşğul oluram. Dil biliklərim: ingilis dilini orta (B1) səviyyədə bilirəm, alman dilini A2 səviyyədə bilirəm. İngilis dili üzrə yazı və danışıq səviyyəmdə yüksəkdir.