
Mən, Gülər Novruzova. Riyaziyyat müəllimliyi üzrə ixtisaslaşmışam. 2024-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetindən Riyaziyyat müəllimliyi üzrə bakalavr dərəcəsi ilə məzun olmuşam. Təhsil dövrümdə əldə etdiyim bilikləri praktiki olaraq inkişaf etdirmək üçün müxtəlif layihə və fəaliyyətlərdə iştirak etmişəm.
Peşəkar təcrübəmdə, 2024-cü ilin yayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyində könüllü olaraq fəaliyyət göstərmişəm. Bu müddət ərzində vətəndaş axınının qarşılanması, sualların cavablandırılması və qanunvericiliklə bağlı məlumatların verilməsi kimi mühüm vəzifələri yerinə yetirmişəm.
Bundan əlavə, 2023-cü ildə "TİMSS 2023 Beynəlxalq Qiymətləndirmə" təşkilatında təlimçi olaraq çalışmışam. Burada məktəblilərə TİMSS haqqında məlumat vermək, riyaziyyat fənni üzrə testlərin keçirilməsi və TİMSS 2022-yə hazırlıq məqsədilə sualların izahını vermək vəzifələrini yerinə yetirmişəm.
Bacarıqlarım arasında MS Office proqramlarını (Word, Excel, PowerPoint) istifadə etmək və müxtəlif dillərdə (Azərbaycan, qismən İngilis və Türk) ünsiyyət qurmaq qabiliyyəti də yer alır.
Mənim məqsədim, bu bilik və bacarıqları yeni peşəkar çağırışlarda istifadə edərək, həm şəxsi, həm də peşəkar inkişafımı davam etdirməkdir.
•Vətəndaş axınının qarşılanması •Vətəndaşların suallarının cavablandırılması •Qanunvericiliklə bağlı məlumatlarının verilməsi •Vətəndaşlara ərizə yazan zaman yardım etmək Yüksək balla sertifikatla dəyərləndirmə.
•Məktəbliləri “TİMSS 2023 Beynəlxalq Qiymətləndirmə” haqqında məlumatlandırmaq. •Riyaziyyat fənni üzrə testlərin keçirilməsi. •”TİMSS 2022 Beynəlxalq Qiymərləndirmə”yə hazırlıq məqsədi ilə sualların izah edilməsi. Yüksək iştirakla bağlı sertifikatla dəyərləndirmə