
Mən Həsənova Nəzrin Dəyanət qızı,
İnformatika müəllimi vakansiyası üzrə müraciət edirəm.
Bakı Dövlət Universitetinin, Informatika müəllimi ixtisası üzrə təhsil almışam (rus bölməsi)Tətbiqi riyaziyyat və kibernetika fakültəsini fərqlənmə ilə bitirmişəm.
Müəllim olaraq çalışmağı, biliklərimin praktikada tətbiqini və başqalarına öyrədilməsini sevirəm. İlkin olaraq təhsil aldığım müddətdə özəl sektorda müəllim kimi fəaliyyət göstərmişəm, az yaşlı uşaqlarla işləmək təcrübəm mövcuddur.
Təcrübəm zamanı interaktiv və müxtəlif testlərdən istifadə edərək tədris metodikasından istifadə edirəm. Təhsil aldığım müddətdə online olaraq fakultənin beynəlxalq əlaqələri olan universitetlerin (Moskva və Sankt-Peterburq) seminarlarında iştirak etmişəm.
Peşə fəaliyyətimə daha sonra A. Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində davam etdirmişəm.
Şagirdlər mənim dərslərimə sevgi ilə qatılıblar.
Ailə vəziyyətimi nəzərə alaraq, analıq mənzuniyyətinə cıxmışam.
Düşünürəm indi işə davam etmək vaxtıdır.
Mən özümü aktiv və təşəbbüskar müəllim hesab edirəm. Və hər zaman inkişafa doğru çalışıram. Yeni, maraqlı layihələrdə çıxış etməyə hazıram.