
Bakı
Rəhbər vəzifələrTƏRCÜMEYİ-HAL
Mən, Sərkarov Yalçın Qafqaz oğlu, 1983-cü il avqust
ayının 28-də Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşam. 1990-1999-cu
illərdə Qəbələ rayonu Qəmərvan kənd orta məktəbində təhsil almışam. 1999-cu ildən
2002-ci ilə qədər təhsilimi C. Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişəm.
2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinə daxil olmuş və 2006-cı ildə həmin məktəbi İdarəetmə Mühəndisliyi ixtisası
üzrə fərqlənnmə ilə bitirmişəm. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris
Mərkəzinin zabit ixtisas kursunu yerüstü artilleriya ixtisası üzrə bitirmişəm. 2007
- 2010-cu illərdə N saylı hərbi hissədə artilleriya taqım komandiri, 2010 -
2014-cü illərdə həmin hərbi hissədə batareya
komandiri, 2014 - 2015-ci illərdə həmin hərbi hissədə kəşfiyyat bölmə rəisinin
köməkçisi və 2015 - 2021-ci illərdə həmin hərbi hissədə kəşfiyyat bölmə rəisi vəzifələrində
xidmət etmişəm.
2021-ci ilin sentyabr ayında Azərbaycan
Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasına (Milli Müdafiə Universteti)
qəbul olmuşam, 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyun ayına qədər Türkiyə
Respublikasının İstanbul şəhərində Milli Savunma Universtetinin Kara Harp
İnstitutunun KARSU (Qərargah zabiti), Komuta Kurmay və Yüksek Lisans kurslarını bitirmişəm. 2023-ci ilin iyul
ayında Milli Müdafiə Universtetinin Hərbi İdarəetmə İnstitunda Hərbi və Dövlət
Müdafiəsini İdarəetmə ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsini almışam.
2023-cü ilin iyul ayından
2024-cü ilin avqust ayına qədər N saylı hərbi hissədə Əməliyyat və döyüş
hazırlığı bölməsinin rəisi vəzifəsində xidmət etmişəm.
Aprel döyüşlərinin, 44 günlük Vətən
Müharibəsinin və 2023-cü ildə keçirilən lokal xarakterli anti terror əməliyyatlarının
iştirakçısıyam. Xidmətdə və döyüş əməliyyatlarında
göstərdiyim naliyyətlərə görə 11 (on bir) ədəd müxtəlif orden və medallarla təltif
olunmuşam.
Hal-hazırda ehtiyyatda olan zabitəm
(polkovnik-leytenant). Müharibə Veteranıyam.
Telefon: mobil: 070-272-98-60, 050-767-07-99 (Whatsapp)
Email: sarkarov.83y@gmail.com