
1996-cı ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbini tərbiyəçi-psixoloq ixtisası üzrə bitirmişəm. Azətbaycan Respublikası Silahlı Qüvvəlırində həqiqi hərbi xidmətdə olmuşam və 2015-ci ilin dekabr ayında polkovnik-leytenant hərbi rütbəsində ehtiyata buraxılmışam.
Müdafiə nazirliyinin müvafiq hərbi hissəlırində motoatıcı bölük komandirinin, motoatıcı tabor komandirinin və hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifələrində xidmət etmişəm.
Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra aşağıdakı vəzifələrdə işləmişəm.
1. Hərbi hissədə texnoloq.
2. Tam orta məktəbdə Gənc çağırışçıların hazırlığı müəllimi-hərbi rəhbər.
3. Müafizə şirkətlərində mühafizəçi, növbə rəisi.
4. Zeytun Pharmateutikals MMC-də qablaşdırıcı
5. Avromak MMC-də nəzarətçi
Rus dilində sərbəst və qramatik danışa, oxuya və yaza bilirəm.
Kompyuter ofis proqramlarında sərbəst işləyə bilirəm.
Kompyuter vasitədi ilə müşahidə kameralarından əraziyə və obyektlərə nəzarət etməyi bacarıram.
İşimdə məsuliyyətliyəm və özümə qarşı tələbkaram, səliqəliyəm.