
Komanda ilə işləməyə həvəsli biriyəm. İşlərin, tapşırıqların dəqiq və çevik yerinə yetirilməsi üçün bütün bacarıqlarımından istifadə edirəm. Problemə deyil, həllinə yönəlirəm. Yeni biliklər öyrənməyə açıq, şəxsi inkişafa maraqlı, nizam-intizamlı, məsuliyyətliyəm. Dəqiq, dürüst və cəld işləyərək, mövcud tapşırıqların yüksək səviyyədə öhdəsindən gələcəyimə əminəm.
Əvvəlki təcrübələrim sayəsində isə ilkin mühasibatlıq işlərinin görülməsini bacarıram. 2019-cu il 23 dekabr tarixində Bələdiyyə seçkilərinə namizəd qismində iştirak etmişəm.
2021ci ildə qırmızı diplomla bitirmişəm. Təhsil müddətində müxtəlif dil və maliyyə təlimlərində iştirak etmişəm. Həmçinin 4 aylıq vergi təlimini bitirmişəm.
Hazırda 2ci kurs magistrantam, Bu il demək olar universitetlərdə fənnlər tədris edilmir, dərslər saat 18:40da başlayır. Tam gün olaraq çalışmağım mümkündür.
Təcrübə proqramını müvəffəqiyyətlə bitirdiyimə görə sertifikatla mükafatlandırıldım. Əlavə olaraq müxtəlif dövlət müəssisələrində könüllü,təcrübəçi kimi çalışaraq bilik və bacarıqlarımı inkişaf etdirməyə çalışmışam.
Əhalinin siyahıya alımmasında işçilər üzərində nəzarət funksiyasını yerinə yetirirdim, idarəetmə bacarığım olduqca yaxşıdır.