
Bakı
TikintiSizin şirkətinizdə Sahə, təmir Mühəndisi vəzifəsinə müraciət edərək, illərdir formalaşdırdığım tikinti sahəsindəki praktiki təcrübəmi və texniki biliklərimi sizin peşəkar komandanıza töhfə vermək istədiyimi bildirmək istəyirəm.
İş fəaliyyətim dövründə müxtəlif tikinti və təmir layihələrində fəal iştirak etmiş, mühəndis komandaları ilə sıx əməkdaşlıq şəraitində sahə işlərinin planlaşdırılması, icrası və keyfiyyətinə nəzarət proseslərində uğurlu nəticələr əldə etmişəm. Eyni zamanda texniki təhlükəsizlik qaydalarına riayət və daxili inşaat işlərinin layihəyə uyğun şəkildə yerinə yetirilməsi üzrə davamlı nəzarət təcrübəsinə malikəm.
Bir neçə briqadalara rəhbərlik etmiş, onları lazımi qədər materilalla təmin etmiş və işini təhvil alıb əmək haqqısını vaxtında və dəqiq təmin etmişəm. Hal hazırda bir çox sahələr üzrə (hörgü, suvaqçı, malyar, döşəmə, tavan, kafel və.s) aktiv ustaları işə cəlb edə bilərəm.
Peşəkar inkişafım çərçivəsində AutoCAD 2D proqramı və mühəndislik əsasları üzrə ixtisaslaşmış təlimlərdə iştirak etmiş, həm texniki, həm də ünsiyyət bacarıqlarımı möhkəmləndirmişəm. Sizin tikinti sahəsinizdəki keyfiyyətə və peşəkarlığa verdiyi dəyəri bölüşürəm və bu dəyərləri dəstəkləyəcək bir mühəndis olaraq komandanıza töhfə verməyə hazıram.
Müsahibə imkanı yaradılarsa, bilik və bacarıqlarımı daha ətraflı təqdim etməkdən məmnun olaram.
Tikintidə daim innavasiya axtarır, bütün növ tikinti materiallarını araşdırır, az mailiyyətlə çox iş görməyi və hər artıqmaterialı belə dəyərləndirməyi sevirəm. Özüm malyar, tavan alçıpan, və taxta döşəmə işlərində işləmişəm. Hər işin dərinliyini bilmək mənim həyat fəlsəfəmdir.Boş zamanlarımda internetdə yeni texnologiyalarla tikilən konstruksiyalara baxır, təmirində istifadə olunan materiallara daha çox diqqət edirəm.
01.2023-cü ildə "AVANT GROUP MMC"-da "ALATAVA-7" lahiyəsində təcrübəçi mühəndis kimi iştirak etmişəm. İşə vaxtında gəlir, sual-cavablarda dolğun, səlist iştirak etmişəm. 05.2023-cü ildə praktikanı yekunlaşdırıb karyera həyatına keçid edirəm.
02.2024 "Kristal Abşeron MMC"-nin səlahiyyəti altında olan "Kristal Baku MMC"-də təmirə nəzarət mühəndisi kimi işə başladım. Çox böyük və ağır lahiyə olduğuna baxmayaraq artıqlaması ilə öhdəsindən gəlirdim. Bir çox podratçı şirkətlər və briqadalar ilə iş birliyi edir,materiallarını təmin edir, işlərinin keyfiyyətini yoxlayır, eyni zamanda əmək haqqlarını dəqiq və vaxtında almaqlarına diqqət edirdim. İşə girdiyim zaman karyera pilləsində artım vəd verilməsinə baxmayaraq,1 ildən artıq işləsəm də, heç bir dəyişiklik olmadığına görə öz ərizəmlə 04.2025-ci ildə işdən ayrıldım.
Pulsuza qəbul olub, sona qədər stipendiya almışam.
Layihələrin vaxtında və büdcə çərçivəsində başa çatdırılmasını təmin etmək, işlərin keyfiyyətini yoxlamaq, görülən işləri təhvil alıb işçinin əmək haqqının yazılması, rəhbərlik tərəfindən verilən bütün tapşırıqların vaxtından tez və artıqlaması ilə yerinə yetirilməsi ilə iş yoldaşlarımdan seçilmişəm. Bir çox problemləri əvvəlcədən görüb ölçü götürmüş, rəhbərlik ilə məsləhət edib aradan qaldırmışam. İşdən çıxma səbəbim karyeramda pillə artımı kimi verilən vədlərin yanılmasıdır.
İşdə hamı məndən razı qalırdı. Hər sahə üzrə hamıya suallar verib özümdə qeyd aparırdım.
Bazarda ünsiyyət bacarıqları üzrə təlim