
Mən Zöhrə Babayeva 6 illik peşəkar təcrübəyə malik qrafik dizaynerəm. Dövlət qurumları, bank sektoru və müxtəlif tədbirlər üçün geniş dizayn layihələri həyata keçirmişəm. Təcrübəmi UI/UX dizayn, rəssamlıq və poçt markalarının dizaynı sahələrində daha da inkişaf etdirirəm. Rəsm sərgilərində fəal iştirak edərək yaradıcılıq potensialımı artırıram. Hər bir layihədə innovativ yanaşma və detallara diqqət göstərməklə effektiv nəticələr əldə etməyə çalışıram.