Hazırda, UniBank-ın LeoBloku'da arxiv işləri sahəsində çalışıram. Lakin, bundan sonra öz karyeramı Sizinlə birgə qurmaq istəyirəm.
Data Analitika sahəsiylə bağlı "IT Brains Academy" tərəfindən Silver Diploma, həmçinin COURSERA kursundan bir çox sertifikata sahib olmuşam.
Şirkətinizdə "Data Analitika" sahəsində bir mövqe üçün müraciət edirəm və əminəm ki, həm mövcud təcrübəmi, həm də yeni öyrəndiklərimi tətbiq edərək komandanıza müsbət töhfə verə biləcəm.
Arxivçilikdə qazandığım təcrübə, məlumatların düzgün idarə olunması və təhlil edilməsi bacarıqlarımı inkişaf etdirib, həmçinin analitik düşüncə qabiliyyətimi gücləndirib. Bu bacarıqları tətbiq edərək, daha geniş məlumat bazalarını təhlil etmək və biznes qərarlarına yön vermək istəyirəm.