Hobbilərimə şəxsi inkişaf mövzuları ilə maraqlanmaq, sosial media kontentlərini izləmək və analiz etmək, həmçinin gəzinti və yeni məkanlar kəşf etmək daxildir. Şəxsi keyfiyyətlərim ünsiyyətcil, məsuliyyətli, diqqətli və stresə davamlı olmağım, eləcə də komanda ilə işləmə bacarığımla xarakterizə olunur. Tez öyrənən, planlı və dəqiq biri olaraq işimə məsuliyyətlə yanaşıram. Əlavə olaraq MS Word proqramı ilə işləmə bacarığına, elektron poçt və rəsmi yazışma təcrübəsinə, ofis texnikasından istifadə biliklərinə, Canva vasitəsilə sadə dizaynlar hazırlamaq bacarığına və sosial media platformalarında əsas səviyyədə istifadə təcrübəsinə malikəm. Azərbaycan dilini sərbəst, rus və ingilis dillərini isə orta səviyyədə bilirəm.
SMM sahəsində iş təcrübəmdə sosial media platformalarında paylaşımların hazırlanması və kontentin planlaşdırılması ilə məşğul olmuşam. İşlərimdə məsuliyyətli yanaşmam nəticəsində tapşırıqları vaxtında və dəqiq yerinə yetirərək müəyyən nailiyyətlər əldə etmişəm.