Mühasibatlıq , Maliyyyə və Audit sahəsində 10 ilə yaxın təcrübə. İşində ciddi,dəqiq və məsuliyyətli,komandada işləmək bacarığına malikəm.Peşakar,danışıq qabiliyyətli , ünsiyyətcil və özgüvənli , analitik düşünmə qabiliyyətli.
TƏCRÜBƏ SAHƏLƏRİ
Balans, mənfəət və zərər, nağd pulun hesabların tərtib edilməsi və nəzarət edilməsi.
Sahələr üzrə anbarlara nəzarət edilməsi və hərəkəti haqqında anbarla bağlı bütün əməliyyatların yoxlanılması.
Risklərin nəzarət və qiymətləndirilməsinin keçirilməsi
Risklərin qarşısını almaq/azaltmaq üçün xəbərdarlıq tədbirlərinin hazırlanması və həyata keçirilməsi
Mümkün risklərin aradan qaldırılması üçün tədbirlər planının effektivliyinin dəyərləndirilməsi və aradan qaldırılması üçün deadline-lara nəzarət
Kassa qalığı və bank hesablarının nəzarətdə saxlanılması.
Xərc və gəlirlərin düzgün uçotunun aparılmasına nəzarət.
Kənarlaşmaların qeydiyyata alınması və tədbirlər görülməsi.
Məlumatların toplanması, yoxlamaların aparılması və qeydiyyatı.
Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq audit prosesini həyata keçirmək.
Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək.
Cheklist yoxlamaların aparılması , aşkar edilmiş pozuntular ilə bağlı müvafiq tədbirlərin görülməsi.
Maliyyə əməliyyatların saxlanılması 1C proqramında yoxlanılması və nəzarətdə saxlanılması.
Dövlət vergi, sosial sığorta, statistika və digər məcburi hesabatların,bəyannamələrin hazırlanması, göndərilməsi və bununla bağlı elektron və ya kağız daşıyıcıda kargüzarlığın aparılması.
Podratçılarla əlaqədar mal-material, xidmət, ödəmələr və avanslarla əlaqədar hesablamaların həyata keçirilməsi və uçotunun aparılması.
Təh-təl hesab şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edilməsi.
Mədaxil, məxaric o cümlədən, debitor və kreditor borcların uçotu və gündəlik nəzarət edilməsi.
Əmək haqqının hesablanması və ödənilməsi.
Əsas vəsaitlərin uçotunun aparılması və 1C proqramına daxil edilməsi.
Maliyyə hesabatlarının hazırlanması , maliyyə göstəricilərinin analitikası.
Şirkətin maliyyə planlarını hazırlamaq , gəlir və xərcləri büdcələmək.
Maliyyə əməliyyatları və maliyyə hesabatlarının keyfiyyətinə nəzarəti təmin etmək.
Daxili nəzarəti gücləndirmək üçün biznes prosesləri və uçot siyasətini təkminləşdirmək və sənədləşdirmək.
Xərclərdə israfçılığın qarşısını almaq məqsədilə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi , məlumatlarıntoplanması və analiz edilməsi.
İqtisadiyyat və idarəetmə fakültəsi
Baş mühasibin tapşırıqlarına əsasən mühasibatlıq və maliyyə işlərinin görülməsi , kiçik mühasiblər və mühasiblərin işlərinə nəzarət edilməsi , müəssisənin anbar , inventarizasiya , mal qalıqları ve s. yoxlamalarının həyata keçirilməsi və nöqsanların aşkar edilərək tədbirlərin görülməsi
Bütün mühasibatlıq və maliyyə işlərinin icrası və yoxlanılaraq nəzarətdə saxlanılması.