
Bakı
Data scienceİT və maliyyə sahəsində diqqətcil və təşəbbüskar mütəxssisəm. Hal-hazırda fintech sektorunda settlement (hesablaşma) əməliyyatları üzrə çalışıram. Maliyyə hesabatlarının dəqiqliyini və əməliyyatların səmərəliliyini artırmaq üçün kompüter bacarıqlarımdan fəal şəkildə istifadə edirəm. Excel əsaslı hesabatların avtomatlaşdırılması və optimallaşdırılması məqsədilə Python proqramlaşdırma dilində skriptlər hazırlayaraq iş proseslərini sadələşdirmiş və səhvləri minimuma endirmişəm.
Çoxfunksiyalı komandalarla səmərəli əməkdaşlıq edərək, real nəticələrə yönəlmiş maliyyə həllərinin həyata keçirilməsinə töhfə verirəm. İşimdə məsuliyyətli yanaşma, analitik düşüncə və daim öyrənməyə meyilli olmaq əsas prinsiplərimdəndir.
Aparıcı fintech mühitində maliyyə əməliyyatlarının dəqiq izlənilməsi və reconcilyasiya prosesində fəal iştirak edirəm. Maliyyə sənədlərinin düzgünlüyünün təmin olunması və normativ tələblərə uyğunluğun qorunmasına xüsusi diqqət yetirirəm. Excel fayllarının emalını avtomatlaşdırmaq və maliyyə hesabatlarının hazırlanmasını daha səmərəli etmək məqsədilə Python skriptləri hazırlayıram. Bu yanaşma hesabat dövriyyəsini sürətləndirir və mümkün insan səhvlərinin qarşısını alır. Çoxvalyutalı əməliy