
Mən Məryəm Abdullayeva, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının İnformasiya Texnologiyaları (ingilis dili tədrisi) 3-cü kurs tələbəsiyəm. Mən Girls Code Azerbaijan təqaüdünə layiq görüldüm və Girls Code Azerbaijan – Matrix Academy-də qabaqcıl proqramlaşdırma kursunu bitirdim. Müasir veb texnologiyaları ilə praktik təcrübəm var və Webluna Software-də keçirdiyim təcrübə zamanı dəyərli praktiki bacarıqlar əldə etdim, burada çoxsaylı real layihələr üzərində işlədim və inkişaf təcrübəmi artırdım.