
Məsuliyyətli, səbirli və yaradıcı bir insanam. Yeni biliklər öyrənməyi və onları paylaşmağı sevirəm. Fizika fənninə olan marağımı şagirdlərimə ötürmək və onların elmi düşüncəsini inkişaf etdirmək mənim üçün böyük motivasiyadır. Komanda ilə işləməyi bacarıram, eyni zamanda təşəbbüskar və tənqidi düşüncəyə malikəm. Boş vaxtlarımda kitab oxumağı, təbiətdə gəzintini və elmi yenilikləri izləməyi sevirəm.
2024-cü ilin sentyabrından Şamaxı rayonu Nüydü kənd tam orta məktəbində fizika müəlliməsi kimi çalışıram. Müxtəlif siniflər üzrə dərs planları hazırlayır, mövzuları interaktiv metodlarla izah edirəm. Şagirdlərin elmi düşüncəsini və dərsə marağını artırmaq üçün qrup işləri və təcrübələr tətbiq edirəm. Dərsdənkənar vaxtlarda şagirdlərlə əlavə məşğələlər təşkil edir, onların suallarına fərdi şəkildə yanaşıram.