
Özüm haqqında qeyd edim ki, 30 illik iş təcrübəsinə malikəm. Daim Azərbaycan Respublikasının ən böyük şirkətlərində və ən məsul vəzifələrində çalışmışam. Bu dövrdə aldığım çox böyük təcrübə iş həyatında mənə bütün problemləri rahat həll etməyə imkan verib. Demək olar ki, biznesin əksər sahələrində çalışmışam. İstənilən kollektivdə və çətin iş şəraitində uğur qazanmağı bacarıram. Güclü kommunikasiya qabiliyyətinə və sürətli iş bacarığına malik bir mütəxəssisəm. Maliyyə və mühasibatlıq sahəsində bütün mərhələləri keçmişəm. İş həyatında devizim: kollektivdə səmimi və mehriban münasibət, biznesdə isə büdcənin real vəziyyətə uyğun formalaşdırılması, gəlir və xərclərin optimal istifadəsi.
Çalışdığım müəssisələrin böyük əksəriyyəti ya yeni yaradılan müəssisılər olmuşdur, burada maliyyə və mühasibat uçotunun sıfırdan başlayaraq qurulmasında və ya çalışan müəssiəslər olmuşdur ki, bu müəssiəslərdə uçotun tənzimlənməsində komandanın əsas fiquri kimi iştirak etmişəm. Nəticələr həmişə uğurlu olub.
Uğurlarım barədə onu deyə bilərəm ki, daim rəhbərlərimlə konkret rəqəmlər üzərində müzakirələr aparmışam. İş həyatında dəfələrlə təşəkkürnamə, fəxri diplom və pul mükafatları ilə mükafatlandırılmışam. Böyük təcrübəm, yüksək analitik qabiliyyətim və təsərrüfat proseslərinin düzgün sənədləşdirilməsi mənə çalışdığım müəssisələrin milyonlarla manat pul vəsaitlərini qorumağa imkan verib.
Əgər maraqlı olarsa bu rəqəmləri müsahibə zamanı böyük məmnuniyyətlə izah edə bilərəm.
Bundan başqa qeyd etmək istədiyim daha bir məqam bundan ibarətdir ki, CV-yə əlavə etdiyim iş yerlərinin bir qismi eyni sahibkara məxsus olmuşdur. Şəxsi etimad və adekvat iş qabilyyətimə görə ən çətin vəziyyət yaranan müəssiəslərə məni ezam etmişlər.