Səbinə Rüstəmova

Mühəndis

Mənim haqqımda

Mən Sabina Rüstəmova — kimya mühəndisiyəm. Tədqiqat və sənaye təcrübələrimlə yanaşı, yaradıcı yanaşma və daim öyrənməyə açıq olmağım mənim əsas güclü tərəflərimdəndir. Peşəkar sahədə problemlərin həllinə analitik yanaşma ilə yanaşı, komandada işləmək və təşəbbüskarlıq qabiliyyətim də məni fərqləndirir.

Mənim fərdi xüsusiyyətlərim arasında tənqidi düşüncə, detallara diqqət, təzyiq altında effektiv qərarvermə və güclü təşkilatçılıq qabiliyyəti xüsusilə ön plana çıxır. Yeni sahələr öyrənmək və bilik dairəmi genişləndirmək mənim üçün daim prioritetdir. Ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf və enerji səmərəliliyi ilə bağlı layihələrdə iştirak etmək, həmçinin elmi innovasiyaların tətbiqi üzrə fəaliyyət göstərmək istəyi məni daha çox motivasiya edir.

Peşəkar bacarıqlarımla yanaşı, şəxsi maraqlarım da mənim şəxsiyyətimi tamamlayır. Sənətə, xüsusilə də rəsmə böyük marağım var. Uşaqlıqdan bəri rəsm çəkməklə məşğulam və bu sahədə bacarıqlarımı daim təkmilləşdirmişəm. Rəsm mənim üçün sadəcə bir hobbi deyil, estetik baxış bucağımı və vizual təfəkkürümü gücləndirən yaradıcı bir çıxış nöqtəsidir.

Bundan əlavə, fərqli dilləri öyrənmək mənim üçün həm şəxsi inkişaf, həm də beynəlxalq mühitdə effektiv ünsiyyət üçün vacib bir addımdır. Hal-hazırda ingilis və türk dillərində peşəkar səviyyədə danışa bilirəm, rus və italyan dillərində isə öyrənmə prosesindəyəm. Dil öyrənmək mənə yeni mədəniyyətləri və düşüncə tərzlərini anlama imkanı verir, bu isə qlobal miqyasda əməkdaşlığa daha açıq olmağımı təmin edir.

Məqsədim texniki biliklərimi yaradıcılıq və innovasiya ilə birləşdirərək həm sənayenin inkişafına töhfə vermək, həm də cəmiyyət üçün faydalı layihələrdə iştirak etməkdir.

Dil bilikləriniz

Azərbaycan — C2 — Səlis
İngilis — C1 — Yaxşı
italian dili — A2 — Elementar
Rus — B1 — Orta
Türk — C2 — Səlis

Təhsil

İş təcrübəsi

  • Aquachem MMC 01.2025 - 04.2025

    Chemical Laboratory Assistant

    Mənim gördüyüm işlər: laboratoriya sınaqları aparmaq, su təmizləmə proseslərinə dair analizlər həyata keçirmək, məlumat toplamaq, prosesin optimallaşdırılması və keyfiyyətə nəzarət işlərini yerinə yetirmək və s. olub.

  • socar Etilen polietilen zavodu 02.2024 - 05.2024

    Kimya mühəndisi təcrübəçi

    Olduğum təcrübə müddətində qaz ayrılması sahəsində işləmək, piroliz proseslərinin prinsipləri ilə tanış olmaq, distillə kolonları və kompressorlarla işləmək kimi vəzifələri yerinə yetirmişəm.

  • socar Etilen polietilen zavodu 06.2023 - 08.2023

    Kimya mühəndisi yay təcrübəçisi

    Təcrübə zamanı Proses Axın Diaqramları (PFD) və Borulama və Alətləşdirmə Diaqramları (P&ID) ilə işləmə bacarığı qazanmışam, bu da prosesin dizaynı və əməliyyat axınlarının daha dərindən mənimsəməmə kömək etmişdir.

  • Metak MMC 02.2023 - 06.2023

    kimya mühəndisi təcrübəçi

    Əyani şəkildə əridilmə, formalaşdırma və plastik boru istehsalı proseslərində iştirak etmişəm. Plastik istehsal texnologiyaları, xüsusilə inyeksiya ilə qəlibləmə və ekstruziya prosesləri üzrə dərin biliklərə yiyələnmişəm.

  • FZ Academy 01.2024 - 12.2024

    Sosial Media meneceri / Kontent Yaradıcısı

    Məzmun strategiyası və marketinq sahəsində təcrübəm var. Copywriting (mətn yazarlığı), icma ilə əlaqələrin qurulması, foto və video çəkilişi, videomontaj, hədəf auditoriyanın müəyyənləşdirilməsi və onlara uyğun kontentin hazırlanması istiqamətlərində aktiv şəkildə çalışmışam.

  • azərbaycan mühəndislər birliyi 03.2023 - 05.2023

    Kimya Mühəndisliyi şöbəsinin koordinatoru

    “ShEngineer” Kimya Mühəndisliyi Departamentində layihə rəhbəri kimi çalışmışam. Bu müddətdə müxtəlif tədbir və layihələrin təşkili və koordinasiyası ilə məşğul olmuşam.

Nailiyyətiniz və mükafatlarınız

  • ChemEng Journey: From Lab to Industry 2025

    95% success by Azerbaijan Engineers Union

  • EcoPower Course 2025

    80% success by SPE ASOIU Student Chapter

  • Fundamentals of Professional Success / Promoting Innovation and Employment in Azerbaijan project 2022

    by PROGRO Platform

  • Creative competition of Young Chemists 2019

    by Baku Higher Oil School

  • Winner of Coursera license through 4Sİ Academy 2025

    by C4IR Azerbaijan, Coursera, SOCAR, BP, “Pasha Holding”, JOCAP

  • Process Safety "OSHA3132" Standart 2024

    by Azerbaijan Engineers Union

  • Essential Chemical Engineering Calculations 2023

    by Unielan collaboration with the SPE BHOS Student Chapter

  • From Wellhead to Refinery: Midstream Oil and Gas Processing 2025

Biliklərim

proses mühəndisliyinin əsasları

100%

neft və qaz proses mühəndisliyi

100%
Telegram kanalımız