Mahir Cafarov

Sığorta mütəxəssisi

Mənim haqqımda

Hörmətli HR nümayəndəsi,


Mən, Cəfərov Mahir Eldar oğlu, 01.03.1986-cı il təvəllüdlü, Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsili almışam. Fərqli sahələrdə qazandığım çoxşaxəli təcrübə mənə həm idarəetmə bacarıqlarını, həm də analitik düşünmə qabiliyyətimi inkişaf etdirməyə imkan verib.


Karyeram boyu şəxsi biznes fəaliyyəti ilə yanaşı, sığorta sahəsində hadisələrin araşdırılması üzrə böyük mütəxəssis kimi çalışmış, sığorta ödənişləri və iddialar şöbəsində mütəxəssis vəzifələrini icra etmişəm. Bu vəzifələr mənə məsuliyyət, dəqiqlik, risklərin qiymətləndirilməsi və müştəri ilə effektiv ünsiyyət bacarıqları qazandırıb. Eyni zamanda hotel meneceri və turizm üzrə mütəxəssis kimi fəaliyyət göstərərək xidmət sahəsində yüksək səviyyədə idarəetmə, komanda işi və operativ koordinasiya təcrübəsi toplamışam. Sonrakı fəaliyyətimdə inspeksiya üzrə mütəxəssis kimi obyektlərin qiymətləndirilməsi və analitik təhlillərlə məşğul olmuşam.


Qarşıma qoyulan hədəflərə sistemli şəkildə çatmaq, yeni sahələrə tez adaptasiya olmaq və daim öyrənməyə açıq olmaq mənim peşəkar prinsipimdir. Çoxillik təcrübə və müxtəlif sahələrdə formalaşdırdığım bacarıqların sizin komandanıza dəyər qatacağına inanıram.


Sizə dəyər qatmaq, təcrübə və bacarıqlarımla komandanızda uğurlu nəticələr əldə etmək üçün motivasiya ilə müraciət edirəm. Müsahibədə özümü daha ətraflı təqdim etməkdən məmnun olaram.


Hörmətlə,

Cəfərov Mahir Eldar oğlu

Dil bilikləriniz

Azərbaycan — C2 — Səlis
Rus — B2 — Orta inkişaf etmiş
İngilis — B2 — Orta inkişaf etmiş

Təhsil

İş təcrübəsi

Telegram kanalımız