Xanım Məmmədzadə

UI/UX

Mənim haqqımda

   Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat mühəndisliyi ixtisası üzrə təhsil almışam. Texniki biliklərimin və analitik düşüncə tərzimin dizayn sahəsində tətbiqini hədəfləyərək Matrix Academy-də UX/UI Design üzrə peşəkar təhsil almış və proqramı fərqlənmə diplomu ilə uğurla başa vurmuşam. Təhsilim zamanı istifadəçi yönümlü dizayn prinsipləri, məhsul analitikası, vizual estetika və funksional prototiplər üzərində dərin bilik və bacarıqlar qazanmışam.

  Texniki və dizayn sahələrinin sinerjisinə əsaslanan yanaşmam mənə, həm vizual cəhətdən cəlbedici, həm də istifadəçi ehtiyaclarına cavab verən effektiv interfeyslər yaratmağa imkan verir. Hal-hazırda isə məqsədim beynəlxalq standartlara uyğun layihələrdə iştirak edərək istifadəçi təcrübəsinin optimallaşdırılmasına və məhsulun ümumi keyfiyyətinin artırılmasına töhfə verməkdir.

  Əlavə olaraq, Azərbaycan, Türk və İngilis dillərində sərbəst ünsiyyət qurma bacarığım komandalararası əlaqə və qlobal layihələrdə effektiv əməkdaşlıq üçün geniş imkanlar yaradır.

Təhsil

Telegram kanalımız