
Mən analitik düşüncə tərzinə və güclü təşkilati bacarıqlara sahib bir şəxsəm. İnsanlarla ünsiyyət qurmaq və komandada işləmək mənim üçün böyük motivasiya mənbəyidir. Psixologiya ixtisası üzrə təhsil alaraq insan davranışlarının təhlili və düzgün idarə olunması sahəsində nəzəri biliklər əldə etmişəm.
Peşəkar təcrübəmi artırmaq məqsədilə Buta Group tərəfindən təşkil olunan VTP-9 Nano layihəsində iştirak etmiş, burada biznes prosesləri və insan resurslarının idarə olunması ilə bağlı ilkin biliklər qazanmışam. Həmçinin, F1 2024 tədbirində Events Team-in üzvü və COP29-da Media Team-in könüllüsü kimi fəaliyyət göstərərək operativlik, stressə davamlılıq, məqsədyönlü işləmək və komanda idarəçiliyi kimi mühüm bacarıqlarımı inkişaf etdirmişəm.
Analitik sahəyə marağım sayəsində məlumatların təhlili və düzgün qərarvermə bacarıqlarımı formalaşdırmışam. İnsan resursları sahəsində isə kadr idarəçiliyi, işçi məmnuniyyəti, təhlil və qiymətləndirmə proseslərinə dəstək kimi istiqamətlərdə biliklərə yiyələnmişəm.
Hobbilərim arasında kitab oxumaq, özümü fərdi inkişaf və liderlik sahəsində təkmilləşdirmək, yeni analitik proqram və metodlarla tanış olmaq, həmçinin ünsiyyət bacarıqlarımı gücləndirmək xüsusi yer tutur. Həm şəxsi, həm də peşəkar həyatımda daim yeniliklərə açıq, öyrənməyə maraqlı və məsuliyyətli biri olmağa çalışıram.