Mən Nərmin Əzimova. 21 yaşım var. İş mühitində səmərəli ola biləcək:
• Yüksək nitq və təqdimetmə
• Təşkilatçılıq
• Stressli situasiyalarda işləyə bilmək
• Vaxtın düzgün idarə olunması
• Problem həll etmə bacarığı
• Yüksək səviyyədə müşahidəçilik bacarıqları
• sürətli qərar qəbulu və.s. bacarıqlara sahibəm. Komanda ilə işləməyə və iş mühitində səmərəli ünsiyyət qurmağa üstünlük verirəm.
Şəxsi keyfiyyətlərimə aiddir:
Məsuliyyətlilik- verilən işi daima vaxtında təhvil verirəm.
Nizam- intizam - qaydalara ciddi yanaşır, onlara əməl edirəm.
Özünü inkişafa meyilli - daima yeni bacarıqlar və biliklər öyrənməyə və öz üzərimdə işləməyə çalışıram.
Ən çox vaxt ayırdığım hobbim, fərqli dillər və mədəniyyətlər öyrənməkdir.
2-ci kursdan etibarən "zərbəçi" son kursdan etibarən "əlaçı" tələbə olaraq təhsil almışam.
8 noyabr-22 noyabr tarixlərində COP 29-da "green zone" sponsorship team member olaraq fəaliyyət göstərmişəm. Fəaliyyət müddətində beynəlxalq mühitdə işləmək, dil biliklərimi inkişaf etdirmək və sosiallaşmaq imkanı qazandım. AR Prezidentinin "təşəkkürnamə" göndərdiyi könüllülərdən biriyəm.
Bu Layihə " İdeyanı reallaşdır-2023" Gənclərin Fərdi Layihələr müsabiqəsində qalib olub. Mən bu Layihənin fəal iştirakçılarından biri olmuş, səhnə almışam.