Bakı
Maliyyə və Maliyyə təhliliMaliyyə və mühasibatlıq sahəsinə dərin marağım var. Yeni biliklər öyrənmək və daim öz üzərimdə çalışmaq mənim üçün vacibdir. Boş vaxtlarımda iqtisadi və maliyyə mövzusunda məqalələr oxumağı, analitik videolar izləməyi və Excel biliklərimi təkmilləşdirməyi sevirəm. Eyni zamanda mütaliə və idman mənə intizamlı və enerjili qalmağa kömək edir.
Şəxsi keyfiyyətlərimə məsuliyyətli yanaşma, dəqiqlik, ünsiyyət bacarığı və komandada işləmə qabiliyyəti daxildir. Çətin situasiyalarda soyuqqanlılığımı qorumağı bacarıram və qarşıma qoyulan hədəflərə fokuslanaraq nəticə yönümlü işləməyi üstün tuturam.
Yeni mühitlərə tez uyğunlaşıram və dəyişikliklərə açığam. Daim inkişaf etməyə çalışan, öyrənməyə həvəsli və məqsədyönlü bir şəxsam.
Praktiki mühasibatlıq kursu çərçivəsində real iş mühiti üçün zəruri olan əsas bilik və bacarıqlara yiyələnmişəm. Kurs zamanı jurnal yazılışları, əsas vəsaitlərin uçotu, AP/AR əməliyyatları, vergi hesablamaları, gündəlik mühasibat sənədlərinin hazırlanması, maye və bank uzlaşmaları, eləcə də 1C proqramında əməliyyatların icrası praktiki olaraq öyrədilib. Bundan əlavə, Excel-də hesabatların hazırlanması, pivot table, formullar və maliyyə hesabatlarının təhlili üzrə biliklərimi də inkişaf etdirmişəm. Kurs mənə yalnız nəzəriyyə deyil, eyni zamanda iş həyatında qarşılaşacağım real situasiyalar üzərində təcrübə qazandırıb.