Mən Nisa Cabbarlı — sənayenin idarə edilməsi və təşkili üzrə ali təhsilli, layihə idarəçiliyi sahəsində təcrübəli və dinamik bir mütəxəssisəm. İş fəaliyyətimə Frigobaku (Cantaş) şirkətində başlayaraq bir neçə iri həcmli sənaye layihəsində iştirak etmiş və mühüm praktiki təcrübə qazanmışam.
Hal-hazırda Prime Cotton şirkətində Junior Project Specialist kimi fəaliyyət göstərir, bir neçə müxtəlif istiqamətli layihənin idarə olunmasına paralel şəkildə nəzarət edirəm. Eyni zamanda Power BI üzərindən rəhbərliyə təqdim olunmaq üçün layihə gedişatını əks etdirən vizual dashboardlar və hesabatlar hazırlayıram.
Güclü analitik düşüncə, planlama və təşkilati bacarıqlarım, habelə komanda ilə effektiv əməkdaşlıq qabiliyyətim mənə layihələri vaxtında və yüksək keyfiyyətlə icra etməyə imkan verir. Daim öyrənməyə meyilli biri kimi, məqsədim peşəkar bacarıqlarımı daha da inkişaf etdirərək işlədiyim quruma real töhfələr verməkdir.
Fərqli istiqamətli layihələrin (rəqəmsallaşma, infrastruktur və s.) koordinasiyası və nəzarəti Layihə planlarının hazırlanması və icra mərhələlərinin izlənməsi İcra vəziyyətinin Power BI vasitəsilə vizual təqdimatlarının hazırlanması Aylıq hesabatların CEO və idarə heyətinə təqdim olunması Maraqlı tərəflərlə ünsiyyət və əlaqələndirmə Tapşırıqların vaxtında və keyfiyyətli icrasına nəzarət Komanda işi və strukturlaşdırılmış yanaşma ilə layihə effektivliyinin təmin olunması
Foodcity, Fishfarm və digər iri sənaye obyektlərinin layihələndirilməsi və icrasının koordinasiyası AutoCAD proqramı vasitəsilə soyutma sistemləri, anbar sahələri və digər texniki infrastrukturların ilkin layihələrinin hazırlanması Tikinti və texniki işlərin layihəyə uyğun şəkildə aparılmasına nəzarət Sahə işlərinin texniki spesifikasiyalar və tikinti normalarına uyğunluğunun təmin edilməsi Podratçılar və təchizatçılarla koordinasiyanın aparılması, material və texniki təminat prosesl