Mən Hənifə Mürsəlova 2004-cü ildə Şamaxı şəhərində anadan olmuşam. 2021–2025-ci illərdə Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsində, Ekologiya ixtisası üzrə ali təhsil almışam. Təhsil müddətində ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası, təbii resursların davamlı istifadəsi və laborator mühitdə çalışmaq kimi sahələrə xüsusi maraq göstərmiş, bu istiqamətlərdə nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar da qazanmışam.
Universitet illərində bir çox ictimai və könüllü fəaliyyətlərdə iştirak etmişəm. BDU Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsində aktiv olmuş, həmçinin maarifləndirmə kampaniyaları və tələbə tədbirlərinin təşkilində iştirak etmişəm. Ən önəmli təcrübələrimdən biri isə 2024-cü ildə keçirilən BMT-nin COP29 İqlim Dəyişikliyi Konfransında könüllü olaraq iştirak etməyim olub. Bu təcrübə mənə beynəlxalq miqyasda ətraf mühit problemlərinə daha geniş baxış qazandırmaqla yanaşı, məsuliyyətli, çevik və qlobal əməkdaşlığa açıq olmağın nə qədər vacib olduğunu göstərdi.
Özümü təşəbbüskar, öyrənməyə həvəsli və komanda ilə işləməyə uyğun biri kimi xarakterizə edirəm. Yüksək çalışqanlıq və əzm mənim əsas fərqləndirici cəhətlərimdir. Yeni bacarıqlar öyrənməyə və peşəkar sahədə özümü inkişaf etdirməyə hər zaman açıq olmuşam. İnanıram ki, təhsil və könüllü təcrübələrim gələcək fəaliyyətimdə ətraf mühitin qorunması və insan sağlamlığının təmin olunması üçün faydalı olacaq.
kimya, biologiya, ekologiya labaratorya təcrübəsi, GİS sahəsində təcrübə və bilik