Hüseyn Qəniyev

Qrafik dizayner

Mənim haqqımda

Mən, Qəniyev Hüseyn, peşəkar qrafik və UX/UI dizaynerəm. Bu sahədə qazandığım təcrübə, kreativ yanaşma tərzim və texniki bacarıqlarım hesab edirəm ki, dəyər qatacaq.


Müasir dizayn alətləri ilə işləmək mənim gündəlik iş rejimimin ayrılmaz hissəsidir. Figma proqramında yüksək səviyyədə işləyirəm: kompleks UI komponentləri, responsive dizayn sistemləri və prototiplər hazırlayıram. Adobe Illustrator və CorelDRAW ilə yüksək bir təcrübəyə malikəm – istər ikon və loqo dizaynı, istərsə də çapa hazırlıq sahəsində güclü təcrübəm var.


Eləcə də, son vaxtlar motion dizayn sahəsinə xüsusi diqqət yetirirəm. After Effects və digər animasiya alətləri ilə UI animasiyalar, micro-interaction nümunələri və təqdimat videoları hazırlamışam.


Mən komandada işləməyi, açıq fikirləri bölüşməyi və məhsul yönümlü düşünməyi bacaran bir dizaynerəm.


Əgər uyğun hesab etsəniz, mənimlə əlaqə saxlayaraq müsahibəyə dəvət etməyinizi çox istərdim. Əminəm ki, üzbəüz görüş zamanı sizə bacarıqlarımı daha ətraflı nümayiş etdirə bilərəm.


Əvvəlcədən təşəkkür edirəm.

Dil bilikləriniz

Azərbaycan — C2 — Səlis
Rus — C2 — Səlis
İngilis — B2 — Orta inkişaf etmiş

Təhsil

İş təcrübəsi

Telegram kanalımız