Texniki sahə üzrə təhsili olan bir tələbə. Help Desk sahəsində müvafiq bacarıq və təcrübəyə malikdir. Bilik və təcrübə üfüqlərini genişləndirməyə həvəsli biridir.
Code Academy-də JavaScript, React.js, CSS, SCSS, Node.js və MongoDB texnologiyalarını öyrəndim. Tədris müddətində həm fərdi, həm də komanda şəklində müxtəlif layihələr üzərində çalışaraq veb tətbiqlərin hazırlanması, verilənlər bazası ilə inteqrasiya və istifadəçi interfeyslərinin qurulması bacarıqlarımı inkişaf etdirdim.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) — İnformasiya Texnologiyaları ixtisası üzrə bakalavr təhsili alıram. Təhsil müddətində C++, Python, veb-inkişaf (HTML, CSS, JavaScript), verilənlər bazaları, ofis proqramları və kompüterin texniki əsasları kimi sahələrdə biliklər əldə etmişəm.
2024-cü ildə Code Academy tərəfindən təşkil olunan hackathon-da komanda şəklində iştirak edərək 1-ci yer qazandıq. Layihə müddətində problem həll etmə, komanda işi, sürətli prototipləşdirmə və texnoloji bacarıqlarımı effektiv şəkildə nümayiş etdirdim.
HTML və CSS üzrə IT Specialist sertifikatı — Sertifikat imtahanı uğurla tamamlayaraq yüksək bal topladığım üçün təqdim edilmişdir. Sertifikat HTML strukturu, CSS üslubları, responsiv dizayn prinsipləri və veb səhifələrin optimallaşdırılması üzrə biliklərimi təsdiqləyir.
Code Academy – Honour Diploma — Təhsil proqramını yüksək nəticələrlə tamamladığım üçün təqdim edilmişdir. Bu diplom JavaScript, React.js, Node.js, MongoDB, HTML, CSS/SCSS və müasir veb texnologiyaları üzrə dərin biliklərimi təsdiqləyir.