Bakı
İnteryer dizaynerMən, 2005-ci il doğumlu Qasımzadə Aysun enerjili və pozitiv bir peşəkar olaraq həm səhiyyə, həm də yaradıcılıq sahəsində fəaliyyət göstərirəm. İnteryer Dizayn ixtisası ilə yanaşı, tibb bacısı, rəssamlıq və sosial media marketinqi üzrə də təcrübəyə sahibəm. Uşaqlarla işləməyi, onlara yaradıcılığı öyrətməyi və motivasiya etməyi çox sevirəm. Təşkilatçılıq bacarığım, detallara diqqətim və yeni şeylər öyrənməyə açıq olmağım sayəsində hər işdə yüksək nəticə əldə etməyə çalışıram. Sakin və nəzakətli ünsiyyətim həm komanda daxilində, həm də müştərilərlə uğurlu əməkdaşlıq yaratmağımda mühüm rol oynayır. Yaradıcılığımı həm real layihələrdə, həm də sosial mediada uğurla tətbiq edirəm. Eyni zamanda, iş mühitində pozitiv enerji yaratmağı, komanda ruhunu gücləndirməyi bacarıram.
Kollec təhsilim zamanı nəzəri biliklərlə yanaşı praktiki təcrübə də qazanmışam. Yaradıcılıq və dizayn layihələrində iştirak etmiş, uşaqlara sənət və dizayn dərsləri verməklə bacarıqlarımı inkişaf etdirmişəm.
Archeda Group-da interyer dizayn proqramları üzrə təhsil almışam və 1 il müddətində müxtəlif dizayn layihələrində iştirak etmişəm. İş təcrübəm müddətində müştəri tələblərinə uyğun layihələr hazırlamaq, vizuallaşdırmaq və təqdim etmək, həmçinin layihələrin vaxtında tamamlanmasına nəzarət etmək bacarıqlarını inkişaf etdirmişəm.
Interyer dizayn proqramları üzrə professional təhsil almışam, müxtəlif layihələrdə təcrübə qazanmışam.
Qırmızı Diplomla Tibb bacısı ixtisasını həm nəzəri, həm də praktiki təcrübə ilə yüksək nəticə ilə başa vurmuşam.
Qırmızı Diplomla Əczaçılıq sahəsində praktik və nəzəri biliklər əldə etmişəm.
Sosial media idarəçiliyi və marketinq strategiyaları üzrə biliklərimi inkişaf etdirmişəm.
Sərgidə iştirak edərək əl işlərimi nümayiş etdirmişəm.
Sənət sərgisində iştirak edərək layihələrimi təqdim etmişəm.
Sərgi iştirakçısı olaraq yaradıcılıq və dizayn bacarıqlarımı nümayiş etdirmişəm.