Mən Mehti Mahmudov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsini bitirmişəm (2021–2025). Təhsil müddətində maliyyə, mühasibat uçotu və iqtisadi təhlil sahəsində biliklər qazanmışam.
Universitetdən əlavə, həm xidmət, həm də turizm sektorunda çalışaraq əməliyyat idarəçiliyi, kassa əməliyyatları, müştəri xidməti və komanda idarəçiliyi üzrə praktiki təcrübə toplamışam. Coin Coffee-də satış və maliyyə uçotu ilə, Discover Azerbaijan MMC-də isə əməliyyat menecmenti ilə məşğul olmuşam.
İT bacarıqlarım arasında MS Excel və 1C proqramında baza bilikləri var. Rəqəmlərlə işləməyi, hesabat hazırlamağı və analitik yanaşmanı sevirəm. Komandada işləməyi bacarıram, yeni bilikləri tez öyrənirəm və işə məsuliyyətlə yanaşıram.
Hədəfim mühasibat və maliyyə sahəsində karyera qurmaq, peşəkar biliklərimi artırmaq və çalışacağım şirkətə real dəyər qatmaqdır.