Tələbəyəm və düşünürəm ki bu illər karyerama töhfələr vermək və özümü inkişaf etdirmək üçün ən əsaslı illərdir. Buna görə ingilis və rus dillərini dərindən mənimsəmək üçün online danışıq kurslarına qatılıram. Boş zamanlarımda akrillə kətan üzərində işləməyi sevirəm. Hobbi olaraq ostlarımla tennis, voleybol və basketbol oynayıram. Müxtəlif mətbəxləri də sınamağı sevirəm, amma ən sevimlim Yapon mətbəxidir. Bundan əlavə olaraq özümü inkişaf etdirmək üçün "Miqrasiya Könüllüləri" tərəfindən təşkil edilən təlim və tədbirlərə qatılıram.
Tədbirlərdə, təlimlərdə aktiv iştirak edirəm.
BDU-in Fiziki coğrafiya kafedrasında fəaliyyətdəyəm, bu könüllülük mənə əsasən komanda ilə işləmə və ünsiyyət bacarıqlarımı artırıb. Müəllimlərin illik tədris planını, dərs cədvəllərini, protokollarını və s. komputerdə mən işlədiyimdən komputerlə işləmə qabiliyyətim çox inkişaf edib. Microsoft proqramlarında- MC Word, MC PowerPoint, MC Excel, MC Access, MC Outlookda sərbəst işləyə bilirəm. Eyni zamanda dizayn proqramlarında- Canva, Capcut, Adobe Photoshop, Adobe İllustrator proqramlarında işləyə
Komanda olaraq fakültə üçün posterlər, videoeditlər hazırlayırıq.