Texnologiyaya həmişə marağım olub və bu sahədə öyrənməyi, inkişaf etməyi sevirəm. Kompüter və proqramlarla işləmək mənim üçün həm maraqlı, həm də rahatdır. İstifadəçilərin qarşılaşdığı texniki çətinlikləri həll etmək, onların işini asanlaşdırmaq mənə zövq verir.
Hal-hazırda C# proqramlaşdırmanı öyrənirəm və biliklərimi gündən-günə artırıram. Problemlərə sakit yanaşmağı və düzgün həll yolları tapmağı bacarıram.
Sürətlə öyrənən, komanda ilə işləməyi sevən və ünsiyyətcil biriyəm. Mühitə tez uyğunlaşıram. İnsanlara kömək etmək və məsuliyyətli işləmək mənim üçün əsas dəyərlərdəndir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və İnformatika müəllimliyi (SABAH qrupları) üzrə təhsil almışam. Tələbəlik illərində proqramlaşdırma olimpiadalarında aktiv iştirak etmişəm. 2024-cü ilin dekabrında Gürcüstan SEU universitetində keçirilən ICPC beynəlxalq proqramlaşdırma olimpiadasında bir neçə dövlət arasında müəllimlik ixtisasından qatılan yeganə komandanın üzvü olmuşam. Son 5 il ərzində onlarla yerli və beynəlxalq müsabiqələrdə iştirak etməyim isə mənim davamlı öyrənməyə və
Mən Yaqub Xəlilli, texnologiyaya böyük marağı olan və daim öyrənməyə açıq biriyəm. Tələbəlik illərimdə onlarla yerli və beynəlxalq proqramlaşdırma olimpiadalarında iştirak etmiş, uğurlar qazanmışam. C# üzrə iki dəfə 100%-lik təqaüd proqramında (TechNest və Innofusion) təhsil almışam. 2 aylıq intensiv Help Desk, 3.5 aylıq .NET developer təcrübəm var – burada istifadəçilərə texniki dəstək göstərmiş, problemləri operativ həll etmişəm, daxili tətbiqlərin yazılmasında yaxından iştirak etmişəm. Bu döv
İnnofusion Təqaüd Proqramı çərçivəsində 6 ay ərzində C# üzrə intensiv təhsil almışam. Bu müddət ərzində həm nəzəri, həm də praktiki biliklər əldə etmişəm, real layihələr üzərində işləməklə proqramlaşdırma bacarıqlarımı gücləndirmişəm. Proqram mənə proqram təminatına analitik yanaşma, komanda ilə işləmə və məsuliyyətli yanaşma vərdişi qazandırdı.
+↑