Bakı
MühəndisISO 9001 – beynəlxalq səviyyədə qəbul olunmuş Keyfiyyət İdarəetmə Sistemi (QMS) standartıdır. Onun əsas məqsədi şirkətlərin məhsul və xidmətlərinin müştəri tələblərinə və qanunvericiliyə uyğun şəkildə təqdim edilməsini təmin etməkdir. Bu standartı tətbiq edən şirkət müştərilərə göstərir ki: • Keyfiyyət idarəçiliyi üçün strukturlaşdırılmış sistem qurub, • Müştəri məmnuniyyətinə önəm verir, • Proseslərini davamlı olaraq təkmilləşdirir.
ISO 14001 — beynəlxalq standart olub Ətraf Mühit İdarəetmə Sistemi (EMS – Environmental Management System) üçün tələbləri müəyyən edir. Onun əsas məqsədi şirkətlərin fəaliyyətindən ətraf mühitə təsirləri minimuma endirmək, ekoloji qanunvericiliyə əməl etmək və resurslardan daha səmərəli istifadəni təmin etməkdir. Bu standartı tətbiq edən təşkilat göstərir ki: • Ətraf mühitin qorunmasına önəm verir, • Çirklənmənin qarşısını almaq üçün tədbirlər görür, • Davamlı inkişaf və ekoloji məsuliyyət prinsipini əsas tutur
ISO 45001 — beynəlxalq standartdır və Əməyin Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi (OHSMS – Occupational Health and Safety Management System) üçün tələbləri müəyyən edir. Əsas məqsədi iş yerlərində: • qəza və xəsarətlərin qarşısını almaq, • əməkdaşların sağlamlığını qorumaq, • təhlükəsiz iş şəraiti yaratmaqdır.
Bu isə İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi (ISMS) üzrə standartdır. • Məlumatların məxfiliyini, bütövlüyünü və əlçatanlığını qorumaq üçün idarəetmə mexanizmlərini müəyyən edir. • Risklərin analizi, təhlükəsizlik siyasəti, şifrələmə, girişə nəzarət, məlumatların qorunması kimi tələbləri əhatə edir. • Bank, neft-qaz, IT və böyük korporasiyalarda çox geniş tətbiq olunur.