Dinamik və məqsədyönlü gəncəm. İnsanlarla ünsiyyət qurmaq, onları dinləmək və motivasiya etmək bacarığım var. Yeni mühitlərə tez uyğunlaşır, stressli vəziyyətlərdə soyuqqanlı qala bilirəm. Təşəbbüskar, öyrənməyə açıq və inkişafı hədəfləyən biri olaraq qarşıma qoyulan məqsədlərə kreativ yanaşma ilə nail olmağı üstün tuturam.
Bacarıqlarım:
İnsanlara ilham vermək və motivasiya etmək bacarığı.
Yüksək ünsiyyət və komanda işi bacarığı.
Stress altında sakit qalmaq və operativ qərar vermək.
Yaradıcılıq və problemlərə fərqli həll yolları tapmaq.
Liderlik və təşkilatçılıq potensialı
İşdə müştəri sorğularını vaxtında və dəqiq şəkildə həll etmək, iş proseslərinin səmərəli getməsini təmin etmək mənim əsas məsuliyyətim olub. Bunun nəticəsində iş mühiti daha məhsuldar və müştəri məmnuniyyəti artmışdır.